100-cü qırmızı
“Arsenal” İngiltərə Premyer Liqasında 100 qırmızı vərəqə alan ilk klub olub. London təmsilçisinin uğursuz yubileyi XXI turun “Mançester Siti” ilə matçına təsadüf edib.
59-cu dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan Qabriel “Arsenal”ın 100-cü belə cəzasının müəllifi olub. “Topçular” bu göstəricidə Premyer Liqanın antirekordçusudur.