100-cü qələbə
Aleksandr Zverev Romadakı “Masters”in üçüncü mərhələsində Aleks de Minaurla qarşılaşıb. Almaniyalı tennisçi iki setdə qələbə qazanıb – 6:3, 7:6.
Bu, Zverevin “Masters” seriyaları turnirlərdə 100-cü qələbəsi olub. O, Romada 14-cü dəfə qalibiyyət sevinci yaşayıb. Son 6 ildə 4-cü dəfə Roma turnirində 1/4 finala yüksələn almaniyalı 2017-ci ildə titul sahibi olub. Aleksandr yarımfinala vəsiqə üçün Marin Çiliç və Kristian Qarin arasında matçın qalibi ilə üz-üzə gələcək.