Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
100-cü qələbə
“Arsenal” 7-ci turdan təxirə salınan oyunda “Everton”u 4:0 hesabı ilə məğlub edib. Bununla da London klubu İngiltərə çempionatları tarixinə düşüb.
“Topçular” bu rəqibini 100-cü dəfə yüksək liqada məğlubiyyətə uğradıb. “Arsenal” eyni komandanı elitada 100 dəfə üstələyən ilk komanda olub.
Komandalar indiyədək çempionatda 204 dəfə üz-üzə gəlib. 100 qələbəsi olan “Arsenal” 43 görüşdə heç-heçə edib və 61 dəfə uduzub.