100-cü oyununda het-triklə rekorda imza atdı
Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski Çempionlar Liqasında 100-cü oyununu keçirib. Bu, “Benfika” ilə IV turun ev matçına təsadüf edib.
33 yaşlı hücumçu Portuqaliya təmsilçisinin qapısına üç qol vurub. 5:2 hesablı qələbədə het-triklə pay sahibi olan polşalı forvard Çempionlar Liqasındakı qollarının sayını 81-ə çatdırıb.
Levandovski turnirin tarixinə 80 qol səddini ən tez keçən futbolçu kimi rekorda imza atıb. Polşalı 100-cü matçında buna nail olubsa, Lionel Messi 102-ci, Kriştiano Ronaldo isə 116-cı görüşündə bunu bacarıb.
Levandovski həm də 100 matçda ən çox qol vuran futbolçudur. Turnirdəki ilk 100 oyununda Messi 77, Ronaldo isə 66 qol vurub.