100-cü oyun
Pedri “Barselona”da 100-cü oyununu keçirib. Yubiley La Liqanın 19-cu turuna təsadüf edib.
“Jirona” ilə qarşılaşma yarımmüdafiəçi üçün əlamətdar olub. O, 26-cı dəqiqədə meydana daxil olub. Pedri zədələnən Usman Dembeleni əvəzləyib.
Qeyd edək ki, yarımmüdafiəçi 2020-ci il sentyabrın 27-də “Barselona”da debüt edib.