10 milyonluq bonus

10 milyonluq bonus

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik böyük məbləğdə bonus qazana bilər. 63 yaşlı mütəxəssis bunun üçün Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halandı komandasına keçməyə razı salmalıdır. Almaniyalı çalışdırıcı əksər Avropa nəhənglərinin hədəfində olan norveçlinin transferində kömək edə bilsə, 10 milyon avro bonus alacaq.

Ranqnik 2019-cu ildə “Zalsburq”un idman direktoru olduğu vaxtda 18 yaşlı Erlinq Avstriya klubuna keçib. Məhz almaniyalının bu transferlə bağlı qərarı gən oyunçunun böyük ulduz olmasına təkan verib. Bu üzdən də onlar arasında əla münasibətlər davam edir.

ETOPAZ

Əvvəlki yazı

Konta karyerasını bitirdi

Növbəti yazı

“Bruklin” ulduzu ilə vidalaşır