10-cu final
Delrey-Biç turnirində finalçılar müəyyənləşib. Teylor Frits yarımfinalda Makkenzi Makdonalda qalib gəlib – 6:3, 7:6.
Dünyanın 7-ci raketkası karyerasında 10-cu dəfə ATP səviyyəli turnirin finalına yüksəlib. 25 yaşlı ABŞ tennisçisi 5-ci titul üçün mübarizə aparacaq.
Onun rəqibi Miomir Ketsmanoviç olacaq. Frits İndian Uells turnirində bu rəqibinə qalib gəlib.