10-cu dəfə ən yaxşı
İngiltərə Premyer Liqasında ayın məşqçisi mükafatının qalibi bəlli olub. Pep Qvardiola noyabrın ən yaxşısı seçilib.
Onun rəhbərlik etdiyi “Mançester Siti” ötən ay çempionatda üç qələbə qazanıb. “Mançester Yunayted”i 2:0, “Everton”u 3:0 hesabı ilə məğlub edən “şəhərlilər” “Vest Hem”i 2:1 hesabı ilə üstələyib. Qvardiola karyerasında 10-cu dəfə Premyer Liqada ayın məşqçisi seçilib. O, bu ad uğrunda mübarizədə Stiven Cerrardla Yurgen Kloppu qabaqlayıb.