1/8 finalın son cütləri bəlli oldu
Dünya çempionatının qrup mərhələsinə yekun vurulub. Son 2 qrupda da mübarizə başa çatıb.
G qrupunda Braziliya 6 xalla lider olubsa, eyni xala malik İsveçrə ikinci pillədə qərarlaşıb. H qrupunda isə Portuqaliya 6 xalla 1-ci, Cənubi Koreya 4 xalla ikinci yeri tutub.
Beləcə 1/8 finalın son iki cütü də müəyyənləşib. Braziliya Cənubi Koreyaya, Portuqaliya İsveçrəyə rəqib olub.
Qeyd edək ki, cənubi amerikalılarla asiyalıların görüşü dekabrın 5-də, avropalıların dueli isə 6-da keçiriləcək.