1/8 finalın növbəti iştirakçısı da müəyyənləşdi
Dünya çempionatının 2-ci turuna yekun vurulub. Son matçda Portuqaliya Uruqvayla qarşılaşıb.
Görüş avropalıların üstünlüyü ilə keçib. Pireneylilər ardıcıl hücumlar qurmaqda çətinlik çəkməyiblər. Lakin ilk hissədə bu həmlələri məntiqi sonluqla tamamlamaq mümkün olmayıb. Fasilədən sonra Bruno Fernandeş səhnəyə çıxıb. O, 54-cü dəqiqədə hesabı açıb. “Mançester Yunayted”in ulduzu oyunun əsas vaxtına artırılan 3-cü dəqiqədə dublunu rəsmiləşdirib. Bruno 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Portuqaliya bu qələbə ilə 1/8 finala vəsiqəni təmin edib. Pireneylilərə qədər bunu Fransa və Braziliya milliləri bacarmışdı.