1/8 finalın növbəti cütləri müəyyənləşdi

1/8 finalın növbəti cütləri müəyyənləşdi

Dünya çempionatının qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Daha 2 qrupda mübarizə başa çatıb.

E qrupunda Yaponiya xallarını 7-yə çatdıraraq lider olubsa, ikinci pillədə 4 xalla İspaniya qərarlaşıb. F qrupunda isə Mərakeş 7 xalla 1-ci, Xorvatiya 4 xalla ikinci yeri tutub.

Beləcə 1/8 finalın daha iki cütü müəyyənləşib. Mərakeş İspaniyaya, Yaponiya Xorvatiyaya rəqib olub.

Qeyd edək ki, asiyalıların avropalılarla görüşü dekabrın 5-də, afrikalılarla pireneylilərin matçı isə 6-da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Almaniya qrupda qaldı

Növbəti yazı

DÇ-2022: Qrup mərhələsində son oyunlar