1/8 finalın ilk cütləri bəlli oldu
Dünya çempionatı davam edir. Artıq iki qrupda mübarizə başa çatıb.
A və B qruplarından 1/8 finala yüksələn komandaların adlarına aydınlıq gəlib. Birincidən Niderland və Seneqal, ikincidən isə İngiltərə və ABŞ növbəti mərhələyə vəsiqə qazanıb.
1/8 finalda A qrupunu lider tamamlayan Niderland B qrupunun ikincisi ABŞ-la, B qrupunun lideri İngiltərə A qrupunun ikincisi Seneqalla qarşılaşacaq.