1/8 finalın bütün cütləri bəlli oldu
Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Bununla da, 1/8 finalın bütün cütləri bəlli olub.
Qonşularımızdan Türkiyə yığması Avstriya ilə qarşılaşacaq. Gürcüstan isə İspaniyaya rəqib olacaq.
Pley-off mərhələsinə iyunun 29-da start veriləcək.
Pley-off
29 iyun
1/8 final
20:00. İsveçrə – İtaliya (Berlin)
23:00. Almaniya – Danimarka (Dortmund)
30 iyun
20:00. İngiltərə – Slovakiya (Helzenkirhen)
23:00. İspaniya – Gürcüstan (Köln)
1 iyul
20:00. Fransa – Belçika (Düsseldorf)
23:00. Portuqaliya – Sloveniya (Frankfurt)
2 iyul
20:00. Rumıniya – Niderland (Münhen)
23:00. Avstriya – Türkiyə (Leypsiq)