1/4 finalın cütləri bəlli oldu
Çempionlar Liqasında mövsümün 1/4 final mərhələsinin cütləri bəlli olub. Turnirin hazırki qalibi “Real” “Arsenal”a rəqib olub.
“Barselona” yarımfinala gedən yolda ötənilki finalçı Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək. “Liverpul”u mübarizədən kənarlaşdıran PSJ bu dəfə digər ingilis klubu “Aston Villa” ilə münasibətlərə aydınlıq gətirəcək.
Mərhələnin əsas duelində “İnter” və “Bavariya” qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları aprelin 8-9-da, cavab matçları isə bir həf tə sonra olacaq
Çempionlar Liqası
1/4 final (8-9 və 15-16 aprel)
PSJ – “Aston Villa”
“Arsenal” – “Real”
“Barselona” – “Borussiya” D
“Bavariya” – “İnter”