1/4 final cütləri bəlli oldu
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında sabah 1/4 finala start veriləcək. Millimizin rəqibi İngiltərə olacaq.
Oyun saat 20:30-da start götürəcək. Günün ilk qarşılaşmasında isə Macarıstan və Mavritaniya münasibətlərə aydınlıq gətirəcəklər. Monteneqro – Çexiya və Serbiya – Bosniya və Herseqovina görüşlərində növbəti yarımfinalçılar bəlli olacaq.
Minifutbol üzrə dünya çempionatı
1/4 final
29 may
17:30. Macarıstan – Mavritaniya
19:00. Monteneqro – Çexiya
20:30. İngiltərə – Azərbaycan
22:00. Bosniya və Herseqovina – Serbiya
Qeyd edək ki, 1/4 finalın mayın 27-də müəyyənləşən ilk iki cütündə Azərbaycan İngiltərə ilə, Mavritaniya Macarıstanla qarşılaşacaq.