Ən yaxşılar açıqlandı
NBA-da həftənin ən yaxşıları bəlli olub. “Leykers”in basketbolçusu Entoni Devis və “Bruklin”in hücumçusu Mikel Brices 24-cü həftənin oyunçuları seçilib.
Los-Anceles təmsilçisi bu müddətdə hər üç qarşılaşmada qalib gəlib. Devis orta hesabla 38,7 xal, 11,7 ribaund və 2,0 blok-şotla yadda qalıb. “Bruklin” də üç qələbə qazanıb. Mikel 33 xal və 5,7 ribaundla yadda qalıb.