Ən yaxşı adına dörd namizəd
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bəlli olub. Mükafata iddiaçıların adlarını UEFA-nın mətbuat xidməti açıqlayıb.
1/8 final mərhələsinin ilk oyunlarından sonra ən yaxşı adına 4 futbolçu iddia edir. Bunlar Paulo Dibala (“Roma”), Viktor Bonifase (“Union” Berlin), Edmond Tapsoba (“Bayer”) və Bruno Fernandesdir (“Mançester Yunayted”).
Həftənin oyunçusu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə ilə müəyyənləşəcək.