Ən yaxşı adına dörd namizəd
Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər bəlli olub. 1/4 final mərhələsinin ilk oyunlarından sonra bu mükafata 4 iddiaçı var.
Bu oyunçular “İnter”dən Alessandro Bastoni, “Milan”dan Brahim Dias, “Real”dan Vinisius Junior və “Mançester Siti”dən Con Stounsdur. Mükafatın sahibi UEFA-nın rəsmi saytında keçirilən səsvermə ilə müəyyənləşəcək.