Ən yaşlı titul sahibi karyerasını bitirdi
İtaliyalı tennisçi Paolo Lorensi karyerasını başa vurub. Hazırda dünyanın 188-ci raketkası olan idmançı 39 yaşında kortlarla vidalaşıb. O, “US Open”in təsnifat mərhələsinin ikinci raundunda Maksim Janvyeyə uduzduqdan sonra belə addım atıb – 4:6, 3:6.
Vaxtilə dünyanın 33-cü raketkası olan Lorensi tennis tarixinə ATP turunda titul qazanan ən yaşlı idmançı kimi düşüb. Lorensi 2016-cı ildə Kitsbyueldə karyerasında yeganə titula yiyələnib. O, 40 dəfə finalına qatıldığı “Çelencer”in 21 qat qalibi olub. Tennisçi gələcəkdə televiziya eksperti və ya məşqçi işləməyi planlaşdırır.