Ən uğursuz konfrans qalibi

Ən uğursuz konfrans qalibi

NBA-da müntəzəm çempionatın qalibi olan “Miluoki” pley-offda mübarizəni dayandırıb. “Baks” birinci mərhələdə “Mayami”yə uduzub.

Son saniyələrdə 5-ci matçı overtayma daşıyan “Hit” 128:126 hesablı qələbə qazanıb. Bununla da seriyanın ümumi hesabı 4:1 olub.

“Miluoki” NBA tarixində konfrans qalibi olan və 8-ci komandaya 5 matçda uduzan ilk komanda olub.

Bunadək üç konfrans qalibi 8-ci yer sahibinə 6 matçda uduzub. 2007-ci ildə “Dallas” “Qolden Steyt”ə, 2011-ci ildə “San-Antonio” “Memfis”ə, 2012-ci ildə “Çikaqo” “Filadelfiya”ya 2:4 hesabı ilə məğlub olub.

ETOPAZ

Əvvəlki yazı

Halanddan rekord

Növbəti yazı

“Çelsi” Çempionlar Liqası şansını itirdi