Ən qısa finalda 5-ci titul
ABŞ-ın Tsintsinatti şəhərində keçirilən “Masters” turnirinin qalibi müəyyənləşib. Dünyanın 5-ci tennisçisi Aleksandr Zverev finalda Andrey Rublyovu 6:2, 6:3 hesabı ilə məğlub edib. Bu, turnirin tarixində ən qısa final olub. Almaniyalı 59 dəqiqəyə qalib gəlib.
Zverev ardıcıl 11-ci oyunda qələbə qazanıb. Bunadək Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olan tennisçi son iki turnirdə çempionluq sevinci yaşayıb.
O, ATP səviyyəsində 17, “Masters” turnirlərində 5-ci tituluna yiyələnib. Almaniyalı tarixdə beş və daha çox “Masters” titulu qazanan 15-ci tennisçidir. Karyerasını davam etdirənlərdən yalnız Novak Cokoviç, Rafael Nadal (hərəsi 36), Rocer Federer (28) və Endi Marrey (14) Zverevi qabaqlayır.