Ən çox qol vuran “böyük beşlik” klubları

Ən çox qol vuran “böyük beşlik” klubları

Avropanın “böyük beşlik” ölkələrində ən sərrast 10 komandası açıqlanıb. Siyahı komandaların cari mövsüm daxili çempionatda vurduğu qol sayına görə müəyyənləşib.

Cədvələ “Bavariya” başçılıq edir. Münhen təmsilçisi Bundesliqanın geridə qalan 24 oyununda 75 qol vurub. “Bavariya”nı Premyer Liqanın 26 görüşündə 70 dəfə fərqlənən “Liverpul” izləyir.

“Barselona”, “Çelsi”, “Yuventus” kimi klubların düşmədiyi ilk “10-luq”da İtaliyanın 4 təmsilçisi yer alıb.

“Top-5” liqalarda ən çox qol vuranlar:
1. “Bavariya” (Almaniya) – 75 qol
2. “Liverpul” (İngiltərə) – 70
3-4. “Mançester Siti” (İngiltərə) – 64
3-4. “Borussiya” (Almaniya) – 64
5. “Bayer” (Almaniya) – 63
6. PSJ (Fransa) – 56
7. “İnter” (İtaliya) – 55
8. “Latsio” (İtaliya) – 54
9. “Milan” (İtaliya) – 53
10-11. “Verona” (İtaliya) – 52
10-11. “Real” (İspaniya) – 52

ETOPAZ

Əvvəlki yazı

DÇ-2022 pley-offu təxirə salına bilər

Növbəti yazı

“Betis” 2005-dən bəri ilk dəfə