Ən çox qazanan idmançılar
2021-ci ildə hər dəqiqəsi üçün daha çox qazanan idmançıların siyahısı açıqlanıb. OLBG-nın tərtib etdiyi cədvələ Konor Makqreqor başçılıq edir.
İki çəki dərəcəsində UFC-nin sabiq çempionu oktaqondakı hər dəqiqəsi üçün 8,6 milyon dollar əldə edib. İkinci yerdə boksçu Saul Alvares tutur. Superorta çəkidə çıxış edən idmançı rinqdəki hər dəqiqəsi üçün 444 min qazanıb
İlk “üçlüy”ü Tom Bredli tutur. Amerika futbolçusu dəqiqədə 37 min əldə edib.
“Top-5”də iki futbolçu da var. Neymarın dəqiqəsi 32, Kriştiano Ronaldonunku 18 minə bərabərdir.