Ən çox qazanan 25 idmançı
Ən yüksək ödənişli idmançıların siyahısı açıqlanıb. “Sportrico”nun dərc etdiyi cədvəldə bütün zamanların ən çox qazanan 25 idmançısı yer alıb.
Hesablama zamanı maaşlar, mükafatlar, reklam müqavilələri və sair gəlirlərin hamısı nəzərə alınıb. Karyeranın başa çatmasından sonrakı dövrün də hesablandığı siyahıda 2021-ci il iyunun 1-dək olan qazanclar nəzərə alınıb. Qolfçu Albert Palmer və basketbolçu Kobe Brayantın qazancı onların ölümünədək olan müddətə qədər hesablanıb.
“Top-25”də 8 idman növü təmsil olunub. Onların ümumi qazancı 25,5 milyard dollar təşkil edib. Cədvəlin ilk pilləsində əfsanəvi basketbolçu Maykl Cordan qərarlaşıb.
1. Maykl Cordan (basketbol) – 2,62 milyard dollar
2. Tayger Vuds (qolf) – 2,1 milyard dollar
3. Arnold Palmer (qolf) – 1,5 milyard dollar
4. Cek Niklaus (qolf) – 1,38 milyard dollar
5. Kriştiano Ronaldo (futbol) – 1,24 milyard dollar
6. Floyd Meyvezer-kiçik (boks) – 1,2 milyard dollar
7. Lebron Ceyms (basketbol) – 1,17 milyard dollar
8. Lionel Messi (futbol) – 1,14 milyard dollar
9. Mixael Şumaxer (avtoyürüşlər) – 1,13 milyard dollar
10. Rocer Federer (tennis) – 1,12 milyard dollar
11. Fil Mikelson (qolf) – 1,08 milyard dollar
12. Devid Bekhem (futbol) – 1,05 milyard dollar
13. Kobe Brayant (basketbol) – 930 milyon dollar
14. Şakil O′Nil (basketbol) – 870 milyon dollar
15. Qreq Norman (qolf) – 815 milyon dollar
16. Mayk Tayson (boks) – 775 milyon dollar
17. Aleks Rodriges (beysbol) – 650 milyon dollar
18. Menni Pakyao (boks) – 630 milyon dollar
19. Kevin Dyurant (basketbol) – 625 milyon dollar
20. Lyuis Hamilton (avtoyürüşlər) – 620
21. Neymar (futbol) – 615 milyon dollar
22. Ceff Qordon (avtoyürüşlər) – 595 milyon dollar
23. Oskar de la Xoyya (boks) – 580 milyon dollar
24. Peyton Menninq (amerika futbolu) – 570 milyon dollar
25. Derek Citer (beysbol) – 555 milyon dollar