Əliyar Ağayev Çempionlar Liqası matçında

Əliyar Ağayev Çempionlar Liqası matçında

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. Referi karyerasında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində oyun idarə edəcək.

O, qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimi olacaq. Ağayevə FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 3-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Şventek hələ də əlçatmazdır

Növbəti yazı

Messi “İnter Mayami”yə keçə bilər