Əlçatmaz Şventek
Qadın tennisçilərin reytinq siyahısı açıqlanıb. WTA cədvəlinə İqa Şventek başçılıq edir.
Polşalı ən yaxın izləyicisini ikiqat üstünlüklə qabaqlayır. Ötən reytinqlə müqayisədə “Top-10”da yerdəyişmə baş verməyib.
1 (1) İqa Şventek (Polşa) 10485 2 (2) Ons Jaber (Tunis) 4885 3 (3) Anett Kontaveyt (Estoniya) 4010 4 (4) Paula Badosa (İspaniya) 3934 5 (5) Arina Sobolenko (Belarus) 3470 6 (6) Cessika Pequla (ABŞ) 3447 7 (7) Mariya Sakkari (Yunanıstan) 3355 8 (8) Koko Qauff (ABŞ) 3047 9 (9) Simona Halep (Rumıniya) 3025 10 (10) Karolin Qarsiya (Fransa) 2930.