“Əl İttihad” Salahdan vaz keçmir
“Əl İttihad” heyətini daha bir ulduzla gücləndirmək niyyətindədir. Klub yay transfer pəncərəsi bitməmiş “Liverpul”un hücumçusu Məhəmməd Salahı transfer etmək istəyir.
Futbolçunun agenti Rami Abbasın daha əvvəl transferdən imtina etməsinə baxmayaraq, Səudiyyə təmsilçisi misirlinin transferini rəsmiləşdirmək niyyətindədir. Müqavilənin məbləği bonuslar da daxil olmaqla 150 milyon funt-sterlinqə çata bilər.