“Əl-Hilal”da böyük mükafat
Klublararası dünya çempionatında finala yüksələn “Əl-Hilal”ın futbolçularına veriləcək mükafat bəlli olub. Səudiyyə Ərəbistanının idman naziri hər oyunçuya 130 min dollardan yuxarı məbləğdə mükafat verəcək.
Buna komandanın yarımfinaldakı qələbəsi səbəb olub. Asiyalılar Braziliyanın “Flamenqo” klubunu 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Şahzadə Əl-Valid bin Talal isə komandaya çempionluq üçün mükafat vəd edib. Belə uğur hər futbolçuya 266 min 525 dollar qazandıracaq.
Qeyd edək ki, “Əl-Hilal”ın rəqibi bu gün baş tutacaq “Əl-Əhli” – “Real” matçında müəyyənləşəcək.