“Əl Hilal” Neymarı da istəyir

“Əl Hilal” Neymarı da istəyir

PSJ-nin hücumçusu Neymar karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. “Əl Hilal” 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib.

Ərəblər Braziliya millisinin kapitanına illik 250 milyon avro maaş ödəməyə hazırdırlar. Hazırda zədəsini sağaltmaqla məşğul olan Neymarın təklifi nəzərdən keçirdiyi bildirilir. PSJ-nin satmaq istədiyi forvardı Avropanın bir çox komandası da heyətində görmək istəyir.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 13.06.2023

Növbəti yazı

Bellinqem zədələndi